Zaxarova: Aİ ölkələri Ermənistanı öz forpostuna çevirmək istəyirlər
Moskva ümid edir ki, Ermənistan hakimiyyəti Aİ-nin ölkədəki yeni missiyasının öz daxili işlərinə qarışmasına imkan verməyəcək.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Biz ümid edirik ki, erməni müttəfiqlərimiz və dostlarımız yeni, belə demək mümkünsə, missiyadan öz daxili işlərinə müdaxilə olunması və İrəvanın ölkəmizlə dostluq əlaqələrinin pozulmasını, eləcə də Brüsselin anti-Rusiya siyasətinə qoşulmasını nəzərdə tutan Qərbin geosiyasi oyunlarına cəlb edilməsi üçün istifadəyə yol verməyəcəklər", - o bildirib.
Zaxarova həmçinin əlavə edib ki, Aİ ölkələri Ermənistanı öz forpostuna çevirməyə can atırlar, lakin İrəvanın "Brüsseldən real yardım gözləməsinə dəyməz".
"Bütün bunlar İrəvanın üçüncü ölkələrin maraqları naminə mübadilə vasitəsi olmamaqla bağlı rəsmi kursu ilə kəskin şəkildə ziddiyyət təşkil edir", - o əlavə edib.
Oxşar xəbərlər
Zaxarova: Rusiya Ermənistanda rusiyayönümlü qüvvələrin seçkilərdə iştirak edə biləcəyinə ümid edir
Mariya Zaxarova: Ermənistan Rusiya vətəndaşının ölkəyə girişinə qoyulan qadağa ilə bağlı izahat verməlidir
Zaxarova: Aİ-nin Ermənistan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi Brüsselin təzyiq vasitəsidir
Zaxarova: Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını tam dəstəkləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
