Dövlət Departamenti: Vaşinqton Tehranla effektiv atəşkəsin təmin olunmasına çalışır
Vaşinqton və Tehran atəşkəs rejimi çərçivəsində mübahisəli məsələlərin həlli üzrə iş aparır, bununla da ABŞ effektiv atəşkəsi təmin etməyə çalışır.
"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau Vaşinqtondakı Atlantik Şurada bildirib.
"Biz uzunmüddətli və effektiv atəşkəsin təmin olunmasına çalışırıq. Düşünürəm ki, hər iki tərəf buna maraq göstərib. Təfərrüatlara gəldikdə isə, burada hər şey bir qədər birmənalı oldu: o nə qədər geniş ərazini əhatə edir? Kimlərə və hansı ərazilərə şamil olunur? Lakin biz bütün bunları dəqiqləşdirmək üçün danışıqlar aparırıq", - o qeyd edib.
Landaunun sözlərinə görə, ABŞ hazırkı hərbi əməliyyatının başa çatdırılması üzərində fəal işləyir:
"Hesab edirəm ki, İranın qarşımıza düşmən dövlət kimi deyil, ABŞ və digər dövlətlərdən gələn özəl investisiyaları alqışlayan bir ölkə kimi çıxması yaxşı olardı. Düşünün, bu, dünyanı necə dəyişərdi".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Tramp: Vaşinqton və Tehran birbaşa məsləhətləşmələr aparır
Tramp: Vaşinqton və Tehran birbaşa danışıqlar aparır
Dövlət Departamenti Rusiya və Çin əlaqələrinin bütün dünya siyasətinə təsir edəcəyini bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
