sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanda Yuri Qaqarinin abidəsinin yaradılması ilə bağlı layihə hazırlanır
Moskva və Bakı Azərbaycanda Yuri Qaqarinin abidəsinin yaradılması layihəsini hazırlayır.
“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında güclü mədəni əlaqələr mövcuddur.
“Biz mədəniyyət sahəsindəki bu şanlı ənənəni davam etdirmək istəyirik. Azərbaycanda Yuri Qaqarinin abidəsinin yaradılması layihəsi var. Gənclər arasında mədəniyyət abidələrimizə qayğıkeş münasibətin formalaşdırılması baxımından həyata keçirəcəyimiz bir sıra digər layihələrimiz də var”, - o bildirib.
Oxşar xəbərlər
Yuri İqnat: "Rusiya bütün növ raketlərlə Ukraynanı atəşə tutub"
Separatçıların məsələsi İrəvanla Bakının işidir - Rusiya
Rusiya sülhməramlıları ilə bağlı Bakı-Moskva danışıqları keçiriləcək
Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir
Prezident: “Bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













