Lənkəranda ilk peşəkar animasiya filmi çəkilib
sizinxeber.az xəbər saytı

Lənkəranda ilk peşəkar animasiya filmi çəkilib


Lənkəran rayonunda ilk peşəkar animasiya filmi hazırlanıb.

"Sizinxeber.az"un Cənub bürosunun məlumatına görə, "Sehirli Peşəm" adlı animasiya filmi uşaqların erkən yaşda peşələrə maraq göstərməsi və milli dəyərlərə bağlı böyüməsi məqsədilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən hazırlanıb.

Animasiya filminin ilk seriyası artıq sosial şəbəkədə yayımlanıb.

Rejissoru İntiqam Hacılı, ssenari müəllifi Şəfayət Şəfi, prodüseri Afər Kərimov, animatoru Ayaz Xalıqlı, texniki dəstəkçisi Aytəkin Xalıqlı və rəssamı Nərgiz Baxşızadə olan bu film ölkənin cənub zonasında hazırlanan ilk peşəkar animasiya nümunəsidir.

Animasiya filminin birinci seriyası artıq sosial şəbəkədə yayımlanıb.

Filmin yaradıcı heyət üzvlərinin sözlərinə görə, "Sehirli Peşəm" minimal büdcə ilə ərsəyə gətirilib. Filmin məqsədi təkcə uşaqlara əyləncə təqdim etmək deyil, həm də onların müxtəlif peşələrə marağını artırmaq, gələcəkdə öz arzu və qabiliyyətlərini müəyyənləşdirmələrinə yardım göstərməkdir.

Oxşar xəbərlər

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib
Laçın Şəhəri Günü münasibətilə bir sıra tədbir keçirilib
Animator: "Qeyri-etik cizgi filmləri gərək ekrana çıxarılmasın"
Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda Qran-Pri qazanıb
“Əsir düşəndə 800 yaşı var idi” - Ruslan Mollayevin filmi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər