Türk Mədəniyyəti və İrsi Fondunun çap etdirdiyi kitablar Ankaradakı sərgidə təqdim olunub
sizinxeber.az xəbər saytı

Türk Mədəniyyəti və İrsi Fondunun çap etdirdiyi kitablar Ankaradakı sərgidə təqdim olunub


Türk Mədəniyyəti və İrsi Fondunun xətti ilə işıq üzü görən kitablar 21-ci Ankara Kitab Sərgisində təqdim olunub.

"Sizinxeber.az" xəbər verir ki, sərgi çərçivəsində Aşıq Veysəlin yaradıcılığına dair məqalələr toplusu, Ömər Seyfəddinin “Hekayələr” kitablarının təqdim edilib, hər iki kitabda mətnlər türk dilində və alman dilinə tərcüməsində oxucuya təqdim edilib.

Tədbirdə Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay və Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, Azərbaycanın Türkiyədəki Səfirliyinin və TÜRKSOY-un məsul əməkdaşları, tanınmış elm və mədəniyyət xadimləri, yazarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda türk xalqlarının ədəbi-mədəni irsinin türk dövlətləri xaricində təbliğinin önəmi qeyd olunub. Bu xüsusda türk və alman dillərində bədii nümunələrdən və elmi məqalələrdən ibarət hər iki kitabın almandilli ölkələrin elmi-ədəbi mühitində, eləcə də həmin ölkələrdə yaşayan çoxsaylı türk diasporası arasında yayılmasının vacibliyi vurğulanıb.

Eyni zamanda Türk Mədəniyyəti və İrsi Fondunun gələcəkdə də beynəlxalq miqyasda bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətində olduğuna diqqət çəkilib.

Gələn il Bakıda Aşıq Ələsgər irsinə həsr olunan Türk Dünyasının ozan-aşıq sənətinə dair beynəlxalq simpozium təşkil etməyi planlaşdırıldığının anonsu da verilib.

Oxşar xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 12 il ötür
Türk Mədəniyyəti və İrsi Fondu Qarabağdakı abidələrin bərpası işlərinə başlayıb
Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna daxil olması türk xalqları arasında əlaqələri möhkəmləndirəcək
Azərbaycan XXI Ankara Kitab Sərgi-Yarmarkasının fəxri qonağı seçilib
Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər