Gənclərin Təcrübə Proqramının test mərhələsi baş tutub
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən Təcrübə Proqramının test mərhələsi baş tutub.
Nazirlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, test mərhələsi 4 oktyabr 2024-cü il tarixində Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilib.
İştirakçılar ümumi dünya görüşü, qanunvericilik və məntiqi təfəkkür üzrə hazırlanan test blokları əsasında sualları cavablandırıblar.
Qeyd edək ki, proqramda iştirak üçün elektron ərizə qəbuluna 500-ə yaxın müraciət daxil olub. Ərizələrin ilkin qiymətləndirilməsindən sonra, onların arasından 168 iştirakçı test mərhələsinə vəsiqə qazanıb. Test mərhələsini uğurla tamamlayan gənclər növbəti mərhələdə idarəetmə potensialının qiymətləndirilməsi mərhələsinə qatılacaq və daha sonra müsahibə mərhələsinə dəvət olunacaqlar.
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyi gənclər üçün təcrübə proqramı elan edib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının ikinci mərhələsi keçirilib
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib
Dekabrın 1-də ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək
Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













