Azərbaycanda mədəniyyət təsisatlarına beynəlxalq status veriləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda mədəniyyət təsisatlarına beynəlxalq status veriləcək


Azərbaycanda mədəniyyət təsisatlarına beynəlxalq status veriləcək

Nazirlər Kabineti “Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası”nda dəyişiklik edib.
APA-nın xəbərinə görə, indiyə qədər dövlət mədəniyyət müəssisələrinə tarixi və mədəni roluna, yaradıcılıq fəaliyyətinin əhəmiyyətinə, fondlarının zənginliyinə, nadirliyinə, milli dəyərlərin qorunması və təbliği sahəsində nailiyyətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən milli, akademik və respublika əhəmiyyətini təsdiq edən status verilib.
Dəyişikliyə əsasən, bu sıraya dövlət mədəniyyət müəssisələrinin beynəlxalq əhəmiyyətini təsdiq edən status da əlavə olunur.
“Beynəlxalq” status aşağıdakı meyarlar nəzərə alınmaqla veriləcək
Konsert müəssisələri üzrə:
- tərkibində ən azı 2 kollektivi olan;
- beynəlxalq səviyyədə böyük nüfuz qazanan, milli mədəniyyətin təbliğatı və təşviqatı istiqamətində, o cümlədən beynəlxalq miqyasda təbliğində xüsusi rolu olan;
- əhalinin müxtəlif təbəqələrinin estetik zövqünü, bədii anlamını formalaşdıran və onlarda bədii yaradıcılığa meyil oyadan;
- vətənpərvərlik, humanizm, vətəndaşlıq, habelə milli, mənəvi, multikultural dəyərlərə hörmət və rəğbət hissləri aşılayan;
- dünyanın aparıcı konsert və ya mədəniyyət sahəsi üzrə ixtisaslaşmış tədris və digər mədəniyyət müəssisələri, folklor-araşdırma, ekspedisiya mərkəzləri, müvafiq beynəlxalq təşkilatlar, eləcə də xarici ölkələrin aidiyyəti qurumları, diplomatik nümayəndəlikləri və konsulluqları ilə birgə əməkdaşlıq edən;
- muğam, aşıq sənəti və xalq musiqisi ilə bağlı müxtəlif səpkili beynəlxalq və yerli səviyyəli tədbirlər (festival, müsabiqə, konsert, ustad dərsləri, elmi konfranslar, seminarlar, mühazirələr, simpoziumlar, dəyirmi masa və s.) təşkil edən və bu cür tədbirlərdə iştirak edən;
- Azərbaycanın bölgələrinə və ölkə xaricinə mütəmadi qastrol səfərləri təşkil edən;
- UNESCO çərçivəsində milli mənəvi dəyərlərin qorunmasında və Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirak edən;
- müxtəlif layihələr çərçivəsində Azərbaycan mədəniyyətinin təbliğinə yönəlmiş kitablar nəşr edən, həmin kitabların xarici dillərə tərcüməsini həyata keçirərək təqdimatını reallaşdıran;
- tərkibində səsyazma və ya video studiyaları yaradan;
- asudə vaxtın səmərəli təşkilində və insanların ictimai mövqeyinin formalaşmasında yaxından iştirak edən.

Beynəlxalq” status almış müəssisələrin işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr aşağıdakı kimi olacaq:


- 1-4-cü dərəcələr - 55 manat
- 5-7-ci dərəcələr - 90 manat
- 8-11-ci dərəcələr - 120 manat
- 12-15-ci dərəcələr - 160 manat
- 16-17-ci dərəcələr - 200 manat
- 18-19-cu dərəcələr - 280 manat

Oxşar xəbərlər

Mədəniyyət təsisatlarına beynəlxalq status veriləcək, işçilərinin maaşlarına əlavələr olacaq
Qarşıdakı 3 ildə mədəniyyət sahəsinin rəqəmsallaşdırılması nəzərdə tutulur
“Mədəniyyət Könüllüləri” İB-nin toplantısı keçirilib
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər