Günay Əfəndiyeva Macarıstanın ali ordeni ilə təltif olunub
sizinxeber.az xəbər saytı

Günay Əfəndiyeva Macarıstanın ali ordeni ilə təltif olunub


Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Günay Əfəndiyeva Macarıstanın ali mükafatlarından biri olan “Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunub.

"Sizinxeber.az" xəbər verir ki, Macarıstan Prezidenti Tamaş Şuyok onu ölkə mədəniyyətinin Azərbaycanda və türk ölkələrində səmərəli təbliğinə görə mükafatlandırıb.

Mükafatı Macarıstanın Azərbaycandakı səfiri Tomaș Torma Günay Əfəndiyevaya təqdim edib.

Diplomat bildirib ki, Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu prezidenti kimi türk ölkələrinin ortaq mədəni dəyərlərinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi sahəsində layiqli fəaliyyət göstərib. T.Torma Günay Əfəndiyevanın təşəbbüsü ilə Macarıstan da daxil olmaqla yeddi türk dövlətinin gənc sənətçilərindən ibarət qrup yaradıldığını söyləyib: "Fədakar əməyə və bir çox ümumi mədəni layihələrə görə Günay Əfəndiyevaya təşəkkür edirik”.

Qeyd edək ki, G.Əfəndiyeva 2015-2023-cü illərdə Prezident İlham Əliyevin təșəbbüsü, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçılarının dəstəyi ilə yaradılan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti kimi fəaliyyət göstərib. Macarıstan 2019-cu ildən təșkilatda müșahidəçi statusunu alıb.

Oxşar xəbərlər

Günay Malikqızı yeni vəzifəyə təyin edildi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 12 il ötür
Türk Mədəniyyəti və İrsi Fondu Qarabağdakı abidələrin bərpası işlərinə başlayıb
Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax Milli Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Macarıstan səfiri: Hökumətlərarası Komissiyanın 11-ci iclası Azərbaycanla əməkdaşlığı daha da gücləndirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər