Nazir Adil Kərimli ali məktəblərin rektorları ilə görüşüb
sizinxeber.az xəbər saytı

Nazir Adil Kərimli ali məktəblərin rektorları ilə görüşüb


Mədəniyyət naziri Adil Kərimli bir sıra ali məktəbin rektoru ilə görüş keçirib.

“Sizinxeber.az”un məlumatına görə, tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova iştirak ediblər.

Görüşün əsas məqsədi yaradıcı sahələr üzrə təhsilin inkişafını sürətləndirmək, universitetlərlə əməkdaşlıq platforması formalaşdırmaq və tələbələrin praktik bacarıqlarının artırılması üçün Yaradıcı Mərkəzin imkanlarını müzakirə etmək olub.

İştirakçılar Yaradıcı Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr və startap təşəbbüsləri ilə yaxından tanış olublar.

Oxşar xəbərlər

Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib
UNEC-in rektoru: Son on ildə universitetin alimlərinin məqalələrinin sayı 301 dəfə artıb
Emin Əmrullayev Türkiyənin bir neçə ali təhsil müəssisəsində olub
Türkiyə səfiri ADA Universitetinin rektoru ilə akademik əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər