BƏƏ-nin naziri: Hadisələri proqnozlaşdırmaq üçün erkən xəbərdarlıq sistemləri yaradılmalıdır
sizinxeber.az xəbər saytı

BƏƏ-nin naziri: Hadisələri proqnozlaşdırmaq üçün erkən xəbərdarlıq sistemləri yaradılmalıdır


Gələcəkdə baş verən hadisələri proqnozlaşdırmaq üçün daha güclü erkən xəbərdarlıq sistemləri yaradılmalıdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit naziri Amna bint Abdullah Al Dahak COP29 çərçivəsində baş tutan "Rio-Trio təşəbbüsü: Davamlı ekosistemlər üçün konvensiyalararası biliklərin artırılması" adlı tədbirdə deyib.

Nazir deyib ki, bu baş verdiyi halda siyasətçilər daha düzgün qərarlar qəbul edə biləcək:

"Bu da daha effektiv və hədəflənmiş cavaba gətirib çıxaracaq. Yalnız birlikdə işləməklə biz real təsir göstərə bilərik, çünki paylaşılan məlumatlar bir çox həlləri asanlaşdırır. Əməkdaşlığı gücləndirən sinergiyaları aşkar edə, resursların az qiymətləndirildiyi sahələri müəyyən edə və müxtəlif dövlət qurumları arasında problemlər haqqında daha ümumi anlayış yarada bilər. Biz həm də hesabatlılığı təmin etməliyik".

Oxşar xəbərlər

Fici rəsmisi: "Paris Sazişinin məqsədlərini dəstəkləyən planlar hazırlana bilər"
Umayra Tağıyeva: İqlim məlumatları ilə bağlı erkən xəbərdarlıq sistemləri inkişaf etdirilməlidir
Kolumbiya rəsmisi: "İqlim dəyişikliyinə görə 1 milyondan çox flora-fauna növünün nəsli kəsilə bilər"
BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Azərbaycana səfər edəcək
BƏƏ naziri: "Bakı Təşəbbüsü ərzaq sistemlərinin qlobal transformasiyasının vacibliyini bir daha ön plana çıxarır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle