Afrika ölkələrinin nümayəndələri BTQ-dəki görüşdə qitənin iqlim gündəliyini müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Afrika ölkələrinin nümayəndələri BTQ-dəki görüşdə qitənin iqlim gündəliyini müzakirə ediblər


Bakı Təşəbbüs Qrupunda (BTQ) keçirilən görüşdə Afrika ölkələrinin nümayəndələri iqlim savadlılığı, yaşıl gündəlik və müstəmləkəçilik illərində toplanmış və onun ağır nəticələri kimi davam edən ekoloji problemlər barədə danışıblar.

“Report” xəbər verir ki, Yaşıl Mavritaniya Gənclər Şəbəkəsinin meneceri Məhəmməd Abderahman Əhməd Əli qeyd edib ki, ölkəsinin gəncləri iqlimin qorunmasında aparıcı rol oynamağa hazırdırlar.

"Lakin bizim beynəlxalq ictimaiyyətin dəstəyinə və “yaşıl maliyyə”yə çıxışa ehtiyacımız var”, - Nigeriyanın "DA News Media Advocacy" agentliyinin baş redaktoru Abdullahi Dare Akoqun bildirib.

"İqlim savadlılığı dezinformasiya ilə mübarizə və ədalətli həllərin təşviqində açar rolunu oynayır. İnsanlara öz talelərinə təsir göstərə bilməsi üçün bilik vermək bizim borcumuzdur", – o əlavə edib.

Nigeriyanın “Afrihealth Optonet” Assosiasiyasının (AHOA) baş direktoru və İqlim Dəyişikliyi ilə bağlı Tərəflər Konfransı üzrə Qlobal Vətəndaş Cəmiyyəti Konsorsiumunun (GCSCCC) sədri Uzodimma Akujekve Adirieje qeyd edib ki, vətəndaş cəmiyyətinin beynəlxalq səviyyədə əməkdaşlığı neokolonializmin ekoloji və sosial təsirlərinin aradan qaldırılması üçün ən güclü vasitədir.

Toqodan olan Təmiz Ətraf Mühit üçün Könüllülər Assosiasiyasının icraçı direktoru Koku Selom Aqbavita onu dəstəkləyib. "Həyata keçirdiyimiz ekoloji təşəbbüslər digər ölkələr üçün nümunə olmalıdır. Biz yalnız birgə səylərlə iqlimin dağıdıcı təsirlərinə qarşı müqavimət göstərə bilərik", - o bildirib.

Oxşar xəbərlər

Pan-Afrika İqlim Ədaləti Alyansının icraçı direktoru: İqlim böhranı ilə mübarizədə dəstəyə ehtiyacımız var
Afrika ölkələri Bakıda müstəmləkəçiliyə qarşı birləşir
Taleh Kazımov: "Qlobal iqlim dəyişiklikləri iqtisadiyyatımıza təsir edir"
COP29 çərçivəsində müstəmləkəçilikdən əziyyət çəkmiş afrikalı nümayəndələrlə görüş keçirilib
COP29 çərçivəsində müstəmləkəçilikdən əziyyət çəkmiş afrikalı nümayəndələrlə görüş keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle