KOBİA İdarə Heyətinin sədri AZCHEMCO pavilyonunu ziyarət edib
sizinxeber.az xəbər saytı

KOBİA İdarə Heyətinin sədri AZCHEMCO pavilyonunu ziyarət edib


Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) səfəri çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov maye və suda həll olunan gübrələrin Azərbaycan istehsalçısı olan AZCHEMCO şirkətinin pavilyonunu ziyarət edib.

"Sizinxeber.az" xəbər verir ki, gələn qonaqlara AZCHEMCO şirkətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində şoran torpaqların bərpası və kənd təsərrüfatına qaytarılması layihəsinin tarixindən bəhs edən videoçarx nümayiş etdirilib.

Şirkət nümayəndələri tərəfindən bu layihə üzrə əldə edilmiş uğurlar təqdim edilib. Burada “Azelab” və “Intertek” laboratoriya tədqiqatları əsasında torpağın şoranlıq göstəricisinin 3.6-dan 0.3-ə qədər azalması aşkar edilib. Bu da şoran torpağın kənd təsərrüfatında istifadə edilə biləcəyini təsdiqləyir.

Səfərin sonunda Orxan Məmmədov bərpa olunmuş torpaqda çiyələk şitili əkib.

Oxşar xəbərlər

Metyu Brayza: COP29 kənd təsərrüfatında yeni davamlı texnologiyaların inkişafı üçün platforma olacaq
Xuan Laporta: "Planetin və insanların rifahına sadiq qaldığınız üçün minnətdaram"
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
ETSN və “AZCHEMCO”nun innovativ layihəsi COP29-da təqdimata hazırdır
Orxan Məmmədov: "KOB-ların "yaşıl transformasiyası" vacib məsələdir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər