Serik Bekmaqanbetov: Xəzərin Aralın taleyini təkrarlamaması üçün səylərimizi birləşdirməliyik
sizinxeber.az xəbər saytı

Serik Bekmaqanbetov: Xəzərin Aralın taleyini təkrarlamaması üçün səylərimizi birləşdirməliyik


Aralı Xilasetmə Beynəlxalq Fondu dayazlaşma ilə mübarizə təcrübəsinin ötürülməsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.

Bunu “Report”a eksklüziv açıqlamasında fond sədrinin müavini Serik Bekmaqanbetov bildirib.

Onun sözlərinə görə, təşkilatın öyrənəcəyi, uğurla tətbiq edəcəyi texnologiya və metodlardan Xəzər hövzəsi ölkələri, o cümlədən Azərbaycan da istifadə edə biləcək.

"Məqsədimiz su hövzələrini qorumaqdır və buna görə mən Aralı Xilasetmə Beynəlxalq Fondunun əməkdaşı olaraq Azərbaycanla əməkdaşlıq və tərəfdaşlığın gücləndirilməsində maraqlıyam", - S.Bekmaqanbetov qeyd edib.

O, həmçinin COP29 iqlim konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib.

COP29 çərçivəsində layihə və təşəbbüslərin həyata keçirilməsindən danışan sədr müavini qeyd edib ki, fond Beynəlxalq Su Ehtiyatlarının İdarə edilməsi İnstitutu (IWMI) ilə Anlaşma Memorandumu imzalayaraq beynəlxalq səviyyədə əməkdaşlıq üçün daha çox imkanlar açıb.

"Bizim daimi tərəfdaşlarımız var, lakin əlaqələrimizi genişləndirmək istərdik", - S.Bekmaqanbetov qeyd edib.

Onun sözlərinə görə, təşkilatın Türkmənistan və Qazaxıstanla maraqlarının kəsişdiyi bir çox məsələlər var və bu, Xəzərin dayazlaşması məsələlərində əməkdaşlığı gücləndirir.

"Xəzərin Aral dənizinin taleyini təkrarlamaması üçün əlimizdən gələni etməliyik", - sədr müavini vurğulayıb.

Oxşar xəbərlər

"Sumqayıt" üç basketbolçusu ilə yollarını ayırıb
Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq
İsrailli səfir: Azərbaycanla təhsil sahəsində memorandumun regional təşəbbüsə çevriləcəyinə ümid edirik
Pakistanlı nazir: "COP29 “yaşıl enerji” sahəsində Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar açacaq"
Asəf Yəzdi: İsrail Azərbaycanla iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq və birgə layihələri müzakirə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər