“AzərEnerji” ilə İtaliya şirkəti arasında memorandum imzalanıb
sizinxeber.az xəbər saytı

“AzərEnerji” ilə İtaliya şirkəti arasında memorandum imzalanıb


“AzərEnerji” ASC və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında dekarbonizasiya, kadr hazırlığı, karbon tutma, yaşıl hidrogen, kiçik modul reaktorları və başqa istiqamətləri əhatə edən anlaşma memorandumu imzalanıb.

Bu barədə “Sizinxeber.az”a “AzerEnerji”dən məlumat verilib.

Bildirilib ki, COP29 çərçivəsində “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbrinin başçılıq etdiyi nümayəndə heyəti “AzərEnerji” ASC-nin “yaşıl zona”da yerləşən pavilyonunda olublar. İtaliyalı qonaqlarla “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev arasında görüş olub.

“AzərEnerji” ilə “Ansaldo Energia” şirkəti arasında elektrik enerjisinin istehsal sistemləri, yaşıl hidrogen istehsalına dair təcrübə mübadiləsi ilə bağlı anlaşma memorandumu "yaşıl enerji" keçidinə mühüm töhfə verəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB
“AzərEnerji” və “Schneider Electric” arasında memorandum imzalanıb
Şirvandakı “Cənub” Elektrik Stansiyasının bir bloku hidrogenlə çalışacaq
“AzərEnerji” Çin şirkəti ilə “yaşıl enerji”yə keçidi müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər