"İqlim Skaneri": Beynəlxalq maliyyəyə ən çox ehtiyacı olan ölkələrin ona çıxış imkanları azdır
sizinxeber.az xəbər saytı

"İqlim Skaneri": Beynəlxalq maliyyəyə ən çox ehtiyacı olan ölkələrin ona çıxış imkanları azdır


Beynəlxalq maliyyəyə ən çox ehtiyacı olan ölkələrin ona çıxış imkanları azdır.

"Report" xəbər verir ki, bu barədə Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində açıqlanmış "ClimateScanner" ("İqlim Skaneri") layihəsinin nəticələrində bildirilir.

Nəticələr COP29 çərçivəsində təşkil olunmuş “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlimSkaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə ictimailəşdirilib.

Nəticələrə görə, maliyyəyə ehtiyacı olan əksər ölkələrdə ehtiyacların qiymətləndirilməsi mexanizmləri və yaxud mümkün maliyyə mənbələrinin xəritəsi mövcud deyil.

Bundan başqa, layihənin icrası nəticəsində bu qənaətə gəlinib ki, bəzi mühüm sahələr üzrə uyğunlaşma siyasəti mövcud deyil və ya erkən inkişaf mərhələsindədir: "Ölkələrin 47 %-də su, ərzaq təhlükəsizliyi, təbii fəlakətlər kimi sektorlarda uyğunlaşma siyasətləri mövcud deyil və yaxud erkən inkişaf mərhələsindədir".

Oxşar xəbərlər

"İqlim Skaneri": Əksər ölkələr iqlim fəaliyyətinə nə qədər vəsait xərclədiklərini izləyə bilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"İqlim Skaneri": Mozambik iqlim risklərinə ən çox məruz qalan ölkələrdən biridir [xfgiven_updateblue][/xfgiven_updateblue]
INTOSAI-ın növbəti dövr üçün sədri COP29-da iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliya AAO rəsmisi: Əksər milli hökumətlər iqlim fəaliyyətinə nə qədər pul xərclədiklərini izləyə bilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatasının "İqlim Skaneri" üzrə apardığı qiymətləndirmə yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər