Azərbaycanda bitki xəstəliklərini aşkar edən mobil tətbiq yaradılıb
Kənd Təsərrüfatı Nazirliyinin Bitki-Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birlikdə bitki xəstəliklərini müəyyən edən mobil tətbiq (“HealWith”) hazırlayıb.
Bunu “Report”a açıqlamasında nazirliyin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.
"Mobil tətbiq xəstəliyin müalicəsi ilə bağlı da istifadəçini məlumatlandırır. Məhz süni intellekt sayəsində indi yalnız xəstəliyin simptomlarını deyil, həm də konkret patogenləri müəyyən etmək, bitki-patogen qarşılıqlı əlaqəsini anlamaq, həm torpaqda, həm də bitkilərdə qida çatışmazlığını təhlil etmək mümkündür. Süni intellektlə bağlı proqram təminatı ayrı-ayrı bitkilərin xəstəliklərini dəqiq müəyyənləşdirməyə və məlumatları emal etməyə imkan verir", - deyə o qeyd edib.
A.Cəfərov əlavə edib ki, mobil tətbiq fermerlərə su, gübrə və pestisidlər kimi resurslardan daha optimal istifadə etmək kimi üstünlüklər də verir: "Bu dəqiq əkinçilik nəinki sahədən toplanan məhsulun məhsuldarlığını və keyfiyyətini artırır, eləcə də tullantıları və ətraf mühitə mənfi təsirləri minimuma endirir. Eyni zamanda bu vasitə aqronomun işinə də kömək edir”.
Oxşar xəbərlər
Azərbaycanda aqrar sahədə süni intellektin tətbiqinə başlanılıb
Fariz Cəfərov: "Süni intellektin tətbiqinin genişlənməsi yeni ixtisasların yaranmasına səbəb olacaq"
E-Polis tətbiqi istifadəyə verildi: nələri yoxlamaq olar?
Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verib
Rəşad Nəbiyev: "Azərbaycanda universitetlərin 70 %-də süni intellekt tədris olunacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












