Bakı və Astana balıq, bal və arıçılıq məhsullarının ixracı üçün baytarlıq sertifikatlarının formalarını razılaşdırıb
Bakı və Astana Qazaxıstandan Azərbaycana balıq və balıq məhsulları, həmçinin bal və digər arıçılıq məhsullarının ixracı üçün baytarlıq sertifikatlarının formasını razılaşdırıb.
“Sizinxeber.az”un Qazaxıstan bürosu ölkənin Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, razılaşma baytarlıq sahəsində ikitərəfli əməkdaşlığı gücləndirmək məqsədilə əldə edilib.
Sertifikatlar iki ölkənin səlahiyyətli baytarlıq xidmətləri arasında aparılan rəsmi danışıqlar zamanı hazırlanıb və razılaşdırılıb.
"Bu addım heyvan mənşəli məhsulların baytarlıq-sanitariya təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən birgə işin nəticəsidir və dövlətlər arasında yüksək etimad və qarşılıqlı fəaliyyətin göstəricisidir.
Baytarlıq sertifikatlarının formalarının razılaşdırılması qazaxıstanlı istehsalçılar üçün yeni imkanlar açır və Azərbaycanın perspektivli bazarına çıxmağa kömək edir", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan və Moldova baytarlıq sahəsində əməkdaşlq edəcək
AQTA tərəfindən Azərbaycandan Çinə quş əti və digər quşçuluq məhsullarının ixracına icazə əldə olunub
Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları təsdiqlənib
Azərbaycan və Belarus baytarlıq preparatlarının istehsalı üzrə birgə müəssisə yaratmağı planlaşdırır
Azərbaycan və Belarus arasında baytarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












