Xankəndidə zərərli orqanizmlərə qarşı fitosanitar tədbirləri keçirilib
sizinxeber.az xəbər saytı

Xankəndidə zərərli orqanizmlərə qarşı fitosanitar tədbirləri keçirilib


Kənd Təsərrfütaı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssisləri Xankəndi şəhərində bitki sağlamlığının qorunması məqsədilə monitorinqlər aparıb.

"Sizinxeber.az" bu barədə AXA-ya istinadən xəbər verir.

Məlumata görə, monitorinqlər zamanı parklarda, yaşıllıq sahələrində və yol kənarlarında əkilmiş cökə ağaclarında zərərli orqanizmlərin yayılması halları müəyyən edilib:

"Aşkarlanan fitosanitar risklərə qarşı müvafiq kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri zərərli orqanizmlərin qarşısının alınması, ağacların sağlamlığının qorunması və yaşıllıq zolaqlarının ekoloji davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".


Qeyd edək ki, işğaldan azad olunmuş digər ərazilərdə də AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən əkin sahələrində və meşə zolaqlarında zərərli orqanizmlərə qarşı mütəmadi olaraq monitorinqlər və mübarizə tədbirləri həyata keçirilir.

Oxşar xəbərlər

Bakıda EPPO Şurasının 74-cü sessiyası keçirilir
AQTA sədrinin müavini: Biomüxtəlifliyin qorunması ilə birbaşa əlaqəli olan vahid konsepsiya hazırlanmalıdır
Azərbaycanda zərərvericilərlə mübarizə aparan fermerlərə dəstək göstəriləcək
“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb
FAO dünyada bitki müxtəlifliyinə 2 milyard dollardan çox investisiya qoyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər