Vaşinqton görüşünü hədəfə alanlar - korrupsioner avroparlamentarilərin qərəzi - ŞƏRH
- 14-08-2025, 17:30
- ANALİTİKA
- 0
- 1 372
Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş, əldə olunan tarixi razılaşmalar beynəlxalq mediada, siyasi dairələrdə ən çox müzakirə olunan mövzular sırasındadır.
Bu gün Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər inkişaf edir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bu gün Azərbaycan Prezidenti İlham Əliyevə zəngində Vaşinqton görüşün nəticələrini xüsusi vurğulayıb, əldə olunmuş nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib. Bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh sazişinin həyata keçirilməsinə dəstək olmağa, icmalara münaqişə illərini geridə qoymağa, davamlı sülhə, sabitliyə və rifaha doğru irəliləməyə kömək etməyə hazırdır.
Bununla belə, Avropanın bəzi siyasi xadimləri, təəssüf ki, hələ də qərəzli və arxiv fikirlərə sadiq qalırlar. Konkret olaraq, Avropa Parlamenti ənənəvi riyakarlığından əl çəkə bilmir. Erməni lobbisindən yemlənən, onlardan maliyyələşən Avropa Parlamentinin bəzi deputatları bu məsələdə Rusiyanın şovinist, qatı millətçi dairələri ilə həmrəylik nümayiş etdirirlər. İmza atdıqları bəyanatda əvvəl Vaşinqton sammiti ilə bağlı yaxşı danışsalar da, sonradan əsl mahiyyətlərini, iç üzlərini ortaya qoyublar.
Avroparlamentarilər yaydıqları bəyanatda iddia ediblər ki, Azərbaycan qoşunları Ermənistan ərazisindədir. Bəyanatı Xarici Əlaqələr Komitəsinin (AFET) sədri, Avropa Parlamentinin üzvü David Makallister, Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin üzvü Sergey Lagodinskiy, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin üzvü Nil Uşakovs, AFET-in Ermənistan üzrə daimi məruzəçisi, Avropa Parlamentinin üzvü Miriam Leksmann, AFET-in Azərbaycan üzrə daimi məruzəçisi, Avropa Parlamentinin üzvü Dan Barna imzalayıblar.
Bəyanatda qaldırılan növbəti məsələ Bakıda məhkəmə prosesi keçirilən separatçı rejimin liderləri ilə bağlıdır. Avroparlamentarilər məhkəməyə təzyiq etməyə çalışaraq onların azad olunmasını istəyiblər.
Adları korrupsiya və rüşvətdə hallanan deputatlar Vaşinqtonda Ermənistan Baş nazirinin belə dilə gətirmədiyi məsələləri qabartmaqla nəyə nail olmaq istədikləri bəllidir – hər vəchlə Azərbaycana qarşı köhnə və əsassız iddiaları gündəmdə saxlamaq.
Deyəsən, avroparlamentarilərin korşalan yaddaşlarını yeniləmək zərurəti yaranıb. Əvvəla, Ermənistan ərazisində heç bir Azərbaycan qoşunu yoxdur, Azərbaycan və Ermənistan sərhədin delimitasiya və demarkasiyası üzərində ikitərəfli formatda işləməyə razılaşıblar. Bir sözlə, birtərəfli tələblər irəli sürmək və özünü Ermənistan rəhbərliyindən daha böyük erməni kimi göstərməyə çalışmaq üçün uyğun vəziyyət deyil.
"Erməni əsirləri" tələbi də absurddur. Azərbaycan erməni hərbi əsirlərini döyüş əməliyyatları başa çatan kimi "hamını hamıya" prinsipi ilə Ermənistana təhvil verib. Terror, hərbi və insanlığa qarşı cinayətlər də daxil olmaqla Azərbaycan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunan şəxsləri "əsirlər" kimi təqdim etmək ən azı siyasi fırıldaqçılıqdır. Bu şəxslərin məsələsini Azərbaycan məhkəməsi həll edəcək.
O ki qaldı Qarabağdan könüllü çıxan erməni sakinlərin geri qayıtması məsələsinə, bu, ucuz şou kimi qiymətləndirilə bilər. Azərbaycan əvvəldən Qarabağ ermənilərinə vətəndaşlıq, siyasi və mədəni hüquqlar verməyə hazır olduğunu bildirib. Lakin onlar Azərbaycanın suverenliyi bərqərar olan ərazilərdə yaşamaq istəməyiblər və Ermənistana köçməyi üstün tutublar.
Vaşinqtondakı üçtərəfli sammitdə bu mövzuya da toxunulmayıb, ümumiyyətlə, sülh prosesindən kənara çıxılmayıb. Bu məsələlər heç sülh sazişinin paraflanması sənədində də əks olunmayıb.
Göründüyü kimi, bütün dünya, hətta vaxtilə qatı ermənipərəst mövqe sərgiləyənlər indi Vaşinqtonda imzalanan üçtərəfli razılaşmaları alqışlayır, sülh prosesinə dəstək nümayiş etdirirlər. Avropa Parlamentində erməni lobbisinin puluna möhtac qalanlar isə prosesə zərbə vurmaqda davam edir, “Roma papasından artıq katolik olmağa" çalışırlar.





width="220" alt="Antonio Koşta: Azərbaycan və Ermənistan davamlı sülhə doğru əhəmiyyətli addım atıb" />
width="220" alt="Antonio Koşta Azərbaycanla Ermənistan arasında sülh sazişin paraflanması münasibətilə İlham Əliyevi təbrik edib" />
width="220" alt="Antonio Koşta Prezident İlham Əliyevə zəng edib" />
width="220" alt="Paşinyan Aİ Şurasının Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />