Bakıda məktəbdə DƏHŞƏT: 7-ci sinifdə oxuyan qız... - VİDEO
Bakıda yerləşən 23 saylı məktəbdə 7-ci sinif şagirdi olan qız sinif yoldaşı olan oğlanı bıçaqlayıb.
Sizinxeber.az-in Xezerxeber.az-a istinadən məlumatına görə, qız oğlana boğaz nahiyyəsindən xəsarət yetirib.
Bu hadisə övladları həmin məktəbdə təhsil alan valideynlərin narahatlığına səbəb olub.
Valideynlərin sözlərinə görə, hadisəyə səbəb onlar arasında yaranan mübahisə olub.
Valideynlərin əksəriyyəti mikrofona danışmaqdan imtina etslərə də, şifahi olaraq narahatlıqlarını dilə gətirdilər. Lakin hələlik məktəbdən valideynlərə heç bir dəqiq informasiya verilməyib.
Məsələyə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi münasibət bildirib.
Agentlikdən qeyd olunub ki, hadisə ilə bağlı məlumatlıdırlar. Agentliyin, eyni zamanda Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da həmin təhsil müəssisəsində olublar.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, faktla bağlı araşdırma aparılır. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sizinxeber.az
Oxşar xəbərlər
Bakı şəhəri 6 nömrəli məktəb-lisey barədə yayılan məlumatlar təsdiqini tapmayıb
Yeniyetmələrin biabırçı davranışına direktordan MÜNASİBƏT: “Şagird dedi, zarafatla etmişəm” - VİDEO
Bakıda 175 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb
Mikayıl Cabbarovun qoluna nə olub?
Məktəblərdə kamera görüntülərinin gizlədilməsi iddialarına aydınlıq gətirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











