Rusiya ABŞ-la müsadirə edilmiş obyektlərin qaytarılmasına dair danışıqlara başlayıb
sizinxeber.az xəbər saytı

Rusiya ABŞ-la müsadirə edilmiş obyektlərin qaytarılmasına dair danışıqlara başlayıb


Rusiya və ABŞ nümayəndələri ABŞ ərazisində faktiki olaraq müsadirə edilmiş Rusiyanın altı diplomatik mülkiyyət obyektinə giriş əldə etmək barədə danışıqlara başlayıblar.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq altı diplomatik daşınmaz əmlak obyektinin qaytarılması ilə bağlı danışıqlar prosesi başlayıb. A.Darçiyev bildirib ki, bu obyektlər faktiki olaraq 2016-2018-ci illərdə ABŞ hakimiyyəti tərəfindən müsadirə edilib.

Səfir əlavə edib ki, ABŞ tərəfinə Rusiya diplomatik missiyası nümayəndələrinin yoxlama keçirmək və dəymiş ziyanı qiymətləndirmək üçün bu obyektlərə girişinin təmin edilməsi tələbini əks etdirən "yol xəritəsi" təqdim edilib.

Oxşar xəbərlər

Rusiya və ABŞ arasında İstanbuldakı məsləhətləşmələr qapalı formatda keçiriləcək
İstanbulda Rusiya və ABŞ arasında məsləhətləşmələr başa çatıb - YENİLƏNİB
Darçiyev: Rusiya və ABŞ arasında danışıqların yeni mərhələsi Moskvada keçiriləcək
Dövlət Departamenti: Rusiya və ABŞ arasında İstanbul məsləhətləşmələri konstruktiv məcrada keçib - YENİLƏNİB-2
Ukrayna ordusunun baş komandanı: Rusiyanın Sumı və Xarkova yeni hücumu faktiki başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle