Gürcüstan ABŞ-yə yeni səfir təyin edib
sizinxeber.az xəbər saytı

Gürcüstan ABŞ-yə yeni səfir təyin edib


Tamar Taliaşvili Gürcüstanın ABŞ-dəkı yeni səfiri təyin olunub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, ölkə parlamentinin sədri Şalva Papuaşvili bu münasibətlə Tamar Taliaşvilini təbrik edib.

O bildirib ki, Taliaşvilinin namizədliyinə ABŞ Prezident Administrasiyasının razılıq verməsi iki ölkə arasında münasibətlərin yenidən qurulacağına dair nikbinlik yaradır.

“İlk növbədə, Tamar Taliaşvilini ABŞ-də səfir təyin olunması münasibətilə təbrik etmək istəyirəm. Yəqin xatırlayırsınız, o, parlamentdə həmkarımız olub, burada uğurlu fəaliyyət göstərib. Bundan əvvəl Sakrebuloda, daha sonra isə Avropa Şurasında səmərəli işləyib. Onun səfir təyinatına ABŞ Prezident Administrasiyasının razılıq verməsi çox vacibdir”, – deyə parlament sədri qeyd edib.

Ş.Papuaşvili əlavə edib ki, bu hadisə Gürcüstanla ABŞ arasında uzun müddətdir müzakirə edilən və milli maraqlara əsaslanan strateji tərəfdaşlığın inkişafı üçün yeni imkanlar yaradır.

“Biz bu əməkdaşlığın yenidən qurulmasına ümid edirik və Tamar Taliaşvilinin ABŞ-də səfir kimi təmsil olunması bu baxımdan çox uyğun seçimdir”, – o vurğulayıb.

Oxşar xəbərlər

Gürcüstan ABŞ-a yeni səfir təyin edib
Papuaşvili: Trampın siyasi hədəfləri bizim baxışımıza tam uyğundur
Papuaşvili: ABŞ administrasiyasının xarici yardımlardan sui-istifadə ilə bağlı ifşaları bizim üçün siqnaldır
Papuaşvili: Gürcüstan hələ də Qərb orbitində qalır və yeni səhifə açmağa hazırdır
Gürcüstanın parlament sədri uğurlu seçki münasibətilə Azərbaycanı təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle