Mariya Zaxarova İstanbul danışıqlarını faydasız adlandıranları tənqid edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
in
2025
19:30

Mariya Zaxarova İstanbul danışıqlarını faydasız adlandıranları tənqid edib

06 in, 2025
19:30
536

Mariya Zaxarova İstanbul danışıqlarını faydasız adlandıranları tənqid edib

Türkiyənin İstanbul şəhərində Rusiya-Ukrayna danışıqlarını ancaq “ürəyi və ağlı olmayanlar” faydasız adlandıra bilər.

"Sizinxeber.az"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İtaliyanın "Boblu" telekanalına müsahibəsində deyib.

"İnsan həyatı ilə bağlı danışıqları faydasız adlandırmaq səhvdir. İstanbulda gərginlik və gecikmələrə baxmayaraq, 1 000 məhbusun mübadiləsi barədə razılığa gəlmək mümkün olub. Bu, vacib nəticədir", - o Qərb, o cümlədən İtaliya mətbuatının İstanbuldakı son danışıqlarını faydasız adlandırdıqları barədə məlumatları şərh edərkən deyib.

Bizimlə əlaqə saxlayın