Ermənistanda 10 polis narkotik istifadəsinə görə işdən qovulub
sizinxeber.az xəbər saytı

Ermənistanda 10 polis narkotik istifadəsinə görə işdən qovulub


Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) 10 əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarılıb.

"Report"un erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə 2024-cü il büdcəsinin icrası haqqında hesabatın təqdim edilməsi zamanı parlament komissiyalarının birgə iclasında Ermənistan DİN rəhbəri Arpine Sarkisyan bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə 17 əməkdaş, 2025-ci ilin ilk aylarında isə daha 10 əməkdaş xidmətdən uzaqlaşdırılıb.

Nazir, həmçinin qeyd edib ki, yaxın vaxtlarda polisin yeni intizam məcəlləsini təqdim edəcək. Sənədə əsasən, əməkdaşlar hər il narkotik testindən keçməli olacaqlar.

Bundan əlavə, şübhələr olduğu təqdirdə rəhbərlər tabeliyində olanları plandankənar testə göndərmək hüququna malik olacaqlar.

Oxşar xəbərlər

Ermənistanda 47 polis əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarılıb
Bu il Ermənistanda sosial şəbəkələrlə 150-yə yaxın narkotik satışı faktı aşkarlanıb
Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı
Ötən gün ölkədə 65 kiloqramdan çox narkotik aşkarlanıb
BMT-nin 9 əməkdaşı HAMAS-ın İsrailə hücumunda iştirakına görə işdən çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər