Muğla valisi: Zəlzələ zamanı 11 nəfər yaralanıb – YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Muğla valisi: Zəlzələ zamanı 11 nəfər yaralanıb – YENİLƏNİB


Türkiyənin Muğla şəhərinin valisi İdris Akbıyık ölkənin cənub-qərb sahilində baş vermiş güclü zəlzələ zamanı təşvişə düşmüş 11 nəfərin yaralandığını açıqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə vali “TRT Haber”ə açıqlamasında söyləyib.

Akbıyık zəlzələ zamanı 11 nəfərin yaralandığını, bütün halların təşvişdən qaynaqlandığını açıqlayıb. Onun sözlərinə görə, yaralalıların həyati təhlükəsi yoxdur.

Vali regionda dağıntı olmadığını vurğulayıb.

04:09

Türkiyənin Muğla şəhərinin valisi İdris Akbıyık ölkənin cənub-qərb sahilində baş vermiş güclü zəlzələnin fəsadlarından danışıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə vali “TRT Haber”in canlı yayımında söyləyib.

“Hər hansısa mənfi hal yoxdur. Bir vətəndaşımızın təşvişə düşərək ikinci mərtəbədən özünü atdığına dair məlumat daxil olub”, – o deyib.

Xatırladaq ki, iyunun 3-də Türkiyənin cənub-qərb sahilində güclü zəlzələ qeydə alınmışdı.

Oxşar xəbərlər

Türkiyənin cənub-qərb sahilində güclü zəlzələ olub
Bodrum sahilində zəlzələ olub
Türkiyənin Muğla vilayəti sahillərində 6 maqnitudada zəlzələ olub
Alyaska sahilində güclü zəlzələ olub
Çanaqqala sahilində zəlzələ olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər