Türkiyənin cənub-qərb sahilində güclü zəlzələ olub
sizinxeber.az xəbər saytı

Türkiyənin cənub-qərb sahilində güclü zəlzələ olub


Türkiyənin cənub-qərb sahilində 5,8 maqnitudalı zəlzələ olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Muğla şəhərinin Marmaris rayonundan 10,43 km məsafədə – Aralıq dənizində qeydə alınıb. Yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) qeydə alınmış zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.

“TRT Haber” zəlzələnin Muğla şəhəri ilə yanaşı İzmir və Antalyada da hiss edildiyini bildirib.

Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.

Oxşar xəbərlər

Bodrum sahilində zəlzələ olub
İstanbul sahilində zəlzələ olub
Çanaqqala sahilində zəlzələ olub
Türkiyənin şimal-şərqində zəlzələ olub
Kipr sahilində zəlzələ olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər