Ermənistanda İstintaq Komitəsindən 590 min dolların oğurluğunun təfərrüatı məlum olub
sizinxeber.az xəbər saytı

Ermənistanda İstintaq Komitəsindən 590 min dolların oğurluğunun təfərrüatı məlum olub


Ermənistan İstintaq Komitəsinin binasından 590 min dolların oğurlanması ilə bağlı səs-küylü iş üzrə ittiham olunan şəxs Edqar Qriqoryan həm də digər səs-küylü işdə - 2020-ci ilin noyabrında hökumət binasına basqınla bağlı təqsirləndirilən şəxsdir.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən verilən məlumata görə, oğurluğun icraçısı Edqar Qriqoryan olub və cinayəti İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılıq üzrə 5-ci İdarəsinin rəisi Qor Tadevosyan təşkil edib.

Mayın 22-də naməlum şəxsin saxta müstəntiq vəsiqəsi ilə İqtisadi Cinayətlərə və Qaçaqmalçılıq Baş İdarəsinin binasına daxil olaraq oradan qeyd edilən məbləği oğurlaması məlum olub. O, saat 16:30-da binaya daxil olub. və bütün gecəni orada keçirib.

Bunun üçün Tadevosyan ona vəsiqənin surətini, həmçinin otağın və pul olan seyfin açarlarını verib. Edqar Qriqoryan otağa sübh vaxtı otağa daxil olub.

Qriqoryan oğurluğa hazırlıq üçün əvvəllər - mayın 16-da və 20-də binaya baş çəkib. Oğurluq günü o, tibbi maska ​​və eynək taxıb; hətta qonşuları da onu tanımayıb. Kameralar qarşısına keçən Edqar Qriqoryan əli ilə üzünü tutub.

Oğurlanmış məbləğin əsas hissəsi – 578,8 min dollar götürülüb. Tadevosyan da, Edqar Qriqoryan cinayətlərini etiraf ediblər.

Daha əvvəl bildirilib ki, binadan 590 min ABŞ dolları oğurlamaqda şübhəli bilinən 3 nəfər tutulub. Onlardan biri xidmətin əməkdaşıdır. Oğrunu öz avtomobili ilə İrəvanın Saryan küçəsindən, Baş Poçt İdarəsinin binası yaxınlığında aparan xidmətin əməkdaşı olub.

Bundan əvvəl Korrupsiyaya qarşı Mübarizə Komitəsi uzun müddət hazırlanmış və planlaşdırılmış mənimsəmə faktı üzrə cinayət işinin üstünün açıldığını, qrup üzvlərinin kimliyinin, onların rollarının, habelə oğurluq mexanizminin və pulların saxlandığı yerlərin müəyyən edildiyini bildirib. Aparılan axtarışlar və digər prosessual hərəkətlər nəticəsində oğurlanmış 590 min ABŞ dollarının böyük hissəsi – 578,8 min dolları müsadirə olunaraq götürülüb.

Oxşar xəbərlər

Ermənistan İstintaq Komitəsindən ötən il 13 müstəntiq qovulub
Ermənistan İstintaq Komitəsinin idarə rəisi istefa verib
Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən DGK əməkdaşı azadlığa buraxılmayıb
Ermənistanda 74 yaşlı kişi azyaşlıya zorakılıq edib
Ermənistanın sabiq prezidenti ilə bağlı istintaq davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər