

Cevdet Yılmaz: Azərbaycanla Türkiyənin məqsədi regionun firavan gələcəyini birgə qurmaqdır
Ermənistanla danışıqlarda konstruktiv addımlar atan və müsbət təkliflər irəli sürən Azərbaycan məqsədinin regionda davamlı sülh və rifah olduğunu açıq şəkildə bəyan edib. Bizim məqsədimiz regionumuzun firavan gələcəyini birlikdə qurmaqdır.
“Report”un Ankara bürosu xəbər verir ki, bunları Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Ankarada Prezident Administrasiyasının Beştəpə Konqres və Mədəniyyət Mərkəzində keçirilən 28 May - Azərbaycan Cümhuriyyətinin Müstəqillik Günü ilə bağlı tədbirdə deyib.
O bildirib ki, regionda illərlə davam edən qeyri-sabitlik və iztirabların başa çatması ilə Cənubi Qafqazda sülhə yol açılıb: “Hər zaman deyirik ki, ədalətli sülhdə uduzan yoxdur. Azərbaycan 44 günlük Vətən Müharibəsi və ondan sonrakı antiterror əməliyyatları ilə torpaqlarını işğaldan azad etdi, 30 ildir qəsb olunmuş hüquqlarını və ərazi bütövlüyünü bərpa etdi”.
C.Yılmaz Qarabağın yenidən qurulması prosesində də Türkiyənin Azərbaycanla birlikdə addımladığını vurğulayıb: “Türk əsri” şüarı ilə irəliləyən bu mənalı prosesdə can Azərbaycanla birlikdə bölgədə təhlükəsizlik və sabitlik üçün bizim də üzərimizə vəzifə düşür. İşğaldan azad edilmiş rayonların infrastruktur, enerji və təhlükəsizlik sahələrində dövrün tələblərinə uyğun strukturlaşdırılması aparılır. Bütün aidiyyəti qurumlarımız azərbaycanlı qardaşlarımızın yanındadır. Onilliklər boyu minalanmış torpaqlarda birlikdə aktiv təmizləmə işləri aparılır. Bir vaxtlar münaqişələrin hökm sürdüyü yerlərdə bu gün inkişaf hekayələri yazırıq. Ölkələrimizin liderlərinin iradəsi ilə Şuşadan yaranan və parlamentlərimiz tərəfindən ratifikasiya edilən müttəfiqlik münasibətlərimiz bütün aspektlərdə, o cümlədən birgə hərbi təlimlərdə inkişaf edir”, - o, bildirib.
Vitse-prezident əlavə edib ki, Azərbaycanla Türkiyə əlaqələri təkcə ikitərəfli münasibətlərlə yekunlaşmır. Türkiyə İnvestisiya Fondu kimi birgə inkişaf mexanizmlərində və Türk Dövlətləri Təşkilatının çətiri altında üçüncü ölkələrin iştirakıyla da üçtərəfli əməkdaşlıqla davam edir: "Türkiyə və əziz Azərbaycan ortaq ideyalar ətrafında birləşərək gələcəyi birlikdə qurur. Taleyimiz birdir, bir əsr yox, minilliklər boyunca tariximiz, sevinc və kədərimiz ortaqdır”.
Oxşar xəbərlər
Türkiyənin Vitse-prezidenti: Çətin günlərdə yanımızda olan Azərbaycanı eyni könül birliyi ilə dəstəkləyəcəyik
Cevdet Yılmaz: "Qarabağın hər yerində Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir"
Cevdet Yılmaz: Türkiyə investisiya mərkəzinə çevriləcək
Cevdet Yılmaz: Suriya beynəlxalq aktora çevrilməlidir
Cevdet Yılmaz ABŞ-nin Suriyaya sanksiyaları aradan qaldırmasını alqışlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
