Putin: Perspektivli silah modellərinə xüsusi diqqət yetirilməlidir
Rusiya qabaqcıl silahlar, o cümlədən pilotsuz ucuş aparatları, lazer sistemləri və süni intellektə malik qoşunların idarə edilməsi sistemləri ətrafında dünyada baş verən güclü rəqabətə hazır olmalıdır.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, Rusiya qlobal silah ixracında lider beş dövlət arasında qalmaqdadır.
“Amma hərbi sənaye kompleksi müəssisələrində mülki məhsulların istehsalı üçün “ehtiyat yaratmaq”, ixrac potensialı olan ikili təyinatlı texnologiyaları, o cümlədən robotlaşdırılmış hava, quru, dəniz və sualtı nəqliyyat vasitələrini, lazer sistemlərini, süni intellekt texnologiyalarından istifadə edən qoşunların idarə edilməsi sistemlərini mənimsəmək lazımdır”, - Putin söyləyib.
Oxşar xəbərlər
Putin: Rusiya bu il PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır
Putin: Rusiya ABŞ ilə münasibətləri normallaşdırmağa hazırdır
Türkiyə süni intellektdən istifadə edərək lazer silahları hazırlayıb
Putin: Dollar silah kimi istifadə olunur, bu, böyük səhvdir
Rusiya Prezidenti Vladimir Putin "Oreşnik"i köhnə silah adlandıranlara cavab verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








