TBMM-in komissiya sədri: Qərbi azərbaycanlılar mövzusu Türkiyənin milli məsələsinə çevrilməlidir
sizinxeber.az xəbər saytı

TBMM-in komissiya sədri: Qərbi azərbaycanlılar mövzusu Türkiyənin milli məsələsinə çevrilməlidir


Qarabağ məsələsi kimi, Qərbi azərbaycanlılar mövzusu da Türkiyənin milli məsələsinə çevrilməlidir.

Bu fikirləri “Sizinxeber.az”un Ankara bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Hüquqları Araşdırma Komissiyasının sədri Derya Yanık bildirib.

Mayın 21-də Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusundakı beynəlxalq konfransda iştirak edən Derya Yanık deyib ki, bir hüquqşünas, millət vəkili və elm adamı olaraq belə bir tədbirin keçirilməsi çox böyük əhəmiyyət kəsb edir:

“Güclü bir Türkiyənin varlığı güclü Azərbaycan üçün təminatdır. Eləcə də güclü Azərbaycanın varlığı Türkiyə üçün təminatdır. Türk dünyasının sovetlərin dağılması ilə başlayan prosesdə yenidən ortaq hafizəni yaratmaları, haqlarının pozulması məsələsində bir-birilərinə dəstək olmaları təqdirəlayiqdir. Qarabağ məsələsi Azərbaycan qədər Türkiyənin də milli məsələsinə çevrildi, biz Qərbi azərbaycanlılar mövzusunu da milli məsələmizə çevirməliyik və bu istiqamətdə güclərimzi birləşdirməliyik”.

Komissiya sədri hesab edir ki, Qərbi azərbaycanlıların öz vətənlərinə qayıdışı məsələsini beynəlxalq qurumlarda iki müttəfiq dövlət olaraq birgə gündəmə gətirmək prosesə öz müsbət təsirini göstərəcək:

“Beynəlxalq hüququn əsas prinsiplərindən biri budur ki, insanlar öz doğma vətəninə qayıtmaq hüququna malikdirlər. Bu prinsip heç bir halda inkarolunmazdır. Qərbi azərbaycanlıların hüquqlarının pozulmasının iki əsrə yaxın tarixi var. Bu mövzunun təkrar gündəmə gətirilməsi çox önəmlidir. Bu məsələni mütəmadi olaraq aktuallaşdırmaqla problemi dünya ictimaiyyətinin diqqətinə daha tez çatdırmaq olar. Əminəm ki, bu fəaliyyətlər davam edəcək”.

Oxşar xəbərlər

Əziz Ələkbərov: Türkiyədə Qərbi Azərbaycan nümayəndəliyi açılacaq
Şamil Ayrım: Qərbi azərbaycanlılar öz vətənlərinə geri qaytarılana qədər bu məsələ beynəlxalq aləmdə aktual olmalıdır
Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilir
İlham Əliyev: Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir
TBMM sədri: Türkiyə regionda qurulan oyunları poza bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər