İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb
İranın Bəndər Abbas şəhərindəki Şahid Rəcai limanında yanğın yenidən alovlanıb və güclü külək onun yayılmasını sürətləndirib.
"Report"un "Tasnim" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın daxili işlər naziri İskəndər Muameni deyib:
"Böhrana nəzarət etmək üçün bütün əyalət qüvvələri səfərbər edilib. Güclü külək səbəbindən konteynerlərdəki yanğın sürətlə yayılıb. Yanğının daha da genişlənməsinin qarşısını almaq üçün bəndlər tikilib, ərazinin ətrafına boş konteynerlər qoyulub".
O əlavə edib ki, yanğının lokallaşdırılmasına bütün mümkün xidmətlər cəlb olunub və onlar gücləndirilmiş iş rejimində işləyirlər.
Qeyd edək ki, bu gün günorta saatlarında Bəndər Abbas liman şəhərinin Şahid Rəcai limanında güclü partlayış baş verib. Son məlumatlara görə, limanda baş verən partlayış nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb, daha 750 nəfər yaralanıb.
Oxşar xəbərlər
İranda limanda partlayış zamanı yaralananların sayı 516-ya çatıb - YENİLƏNİB-6
İranda limanda partlayış zamanı yaralananların sayı 281 nəfərə çatıb - YENİLƏNİB-4
İranda limanda partlayış zamanı ən azı 80 nəfər yaralanıb - YENİLƏNİB-3
İranda limanda baş verən partlayış nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB-7
İranda partlayış nəticəsində 8 nəfər ölüb, 750 nəfər yaralanıb - YENİLƏNİB-9
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













