Gürcüstanda dövlət bayrağı günü qeyd olunur
sizinxeber.az xəbər saytı

Gürcüstanda dövlət bayrağı günü qeyd olunur


Yanvarın 14-də Gürcüstanda dövlət bayrağı günü qeyd olunur.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ölkədə bayraq günü 2012-ci ildən etibarən rəsmi olaraq təntənəli şəkildə qeyd edilir.

Gürcüstanın hazırkı bayrağı 2004-cü il yanvarın 14-də parlament çoxluğu ilə Gürcüstanın Dövlət Bayrağı kimi təsdiqlənib və yanvarın 14-ü rəsmən Dövlət Bayrağı Günü elan olunub.

Ölkə Prezidenti Mixeil Kavelaşvili sosial şəbəkə hesabında xalqı təbrik edib: “Gürcüstan bayrağı yalnız dövlətçiliyin deyil, həm də millətin şüurunun, qürurunun, məsuliyyətinin və azadlıq uğrunda mübarizəsinin bariz nümunəsidir. Bu günü qeyd edən, hər bir vətəndaşımızı təbrik edirəm! Bayraq bizim azadlığımızın, müstəqilliyimizin, birliyimizin və möhkəmliyimizin ən mühüm milli simvoludur”.

Bayraq Gününü Gürcüstanda yaşayan azərbaycanlılar da qeyd edirlər.

Qeyd edək ki, 1918-1921-ci illərdə mövcud olan Gürcüstan Demokratik Respublikasının bayrağı 1991-ci Sovet İttifaqından müstəqillik əldə etmiş Gürcüstanın bayrağı statusunu davam etdirib. 2004-cu ildə isə ölkə bayrağı dəyişdirilib.

Oxşar xəbərlər

Nyu Yorkda Azərbaycan bayrağı qaldırılıb
Türkiyə MN Azərbaycanı Zəfər və Bayraq günləri münasibətilə təbrik edib
Peter Mixalko Azərbaycanı təbrik edib
Mehriban Əliyeva Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
İsrail Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle