Rusiyada hərbi hospitalın binasında yanğın baş verib, 57 nəfər təxliyə edilib
Rusiyanın Tula vilayətində hərbi hospitalın yerləşdiyi binada yanğın baş verib, 57 nəfər təxliyə edilib. Xəsarət alan olmayıb.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Tula vilayəti hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Yanvarın 13-də Tulanın Sovetskaya küçəsində yerləşən hərbi hospitalın binasında yanğın baş verib. Hadisə yerində Tula vilayəti Fövqəladə Hallar Nazirliyinin briqadaları işləyir. 57 nəfər təxliyə edilib. Ölən və ya xəsarət alan yoxdur", - məlumatda qeyd olunub.
Mətbuat xidməti əlavə edib ki, Tula vilayətinin qubernatoru Dmitri Milyayevin tapşırığı ilə "hərbi qulluqçuların təxliyəsi və sonrakı yerləşdirilməsi üçün" nəqliyyat təmin edilib.
Moskva Hərbi Dairəsindən əlavə ediblər ki, yanğının ilkin səbəbi elektrik naqillərinin nasazlığıdır: "Hadisənin səbəb və şəraitini araşdırmaq üçün xüsusi komissiya işləyir".
Oxşar xəbərlər
Rusiyada hərbi hospitalda yanğın baş verib - VİDEO
Xırdalanda binada yanğın olub, 23 nəfər təxliyə edilib
Azərbaycanlı milyarderin bazarı yanır: xəsarət alan var
Mahaçqalada yanğın baş verib, 200-dən çox insan təxliyə edilib
Seulda parlament binasında yanğın baş verib, 480 nəfər təxliyə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













