Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, biri general olmaqla, beş nəfər ölüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, biri general olmaqla, beş nəfər ölüb - YENİLƏNİB


Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində daha bir nəfərin meyiti tapılıb.

"Report" xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, həlak olanlardan biri generaldır. O, təlimə komandirlik edirmiş.

Qəzaya səbəb kimi təlim zamanı iki helikopterin biri-birinə toxunması göstərilir. Təmasdan sonra helikopterlərdən biri qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə endirilib.

12:41

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

“Report” "CNN Türk"ə istinadən xəbər verir ki, qəza ölkənin İsparta vilayətinin Keçiborlu rayonunda qeydə alınıb.

Yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb olunub.

Qəza nəticəsində 4 nəfər həlak olub.

Digər ekipaj üzvlərinin axtarışı davam edir.

Oxşar xəbərlər

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb
Keniyada hərbi helikopter qəzaya uğradı: Azı səkkiz nəfər həlak oldu
Qazaxıstanda hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub
Portuqaliyada helikopter qəzaya uğrayıb, ölənlər var
ABŞ-də helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər