Bu il Türkiyədə 3,6 milyondan çox saxta avro aşkarlanıb
Türkiyədə bu ilin 10 ayında saxta valyutanın dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 3,6 milyondan çox avro və 352,5 min dollar müsadirə edilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin 10 ayı ərzində saxta valyutanın dövriyyəsinə qarşı mübarizə məqsədilə 340 əməliyyat həyata keçirilib, onlardan 32-si planlı olub:
“104 nəfər saxlanılıb, 48 şübhəli barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb. Əməliyyatlar nəticəsində 1 milyon 479 min 260 saxta türk lirəsi, 352 min 576 dollar və 3 milyon 613 min 550 avro ələ keçirilib. Saxta pul istehsal etmək üçün istifadə edilən iki mətbəə də aşkar edilib”.
Qeyd edək ki, Türkiyə mediası ölkəyə çoxlu sayda saxta dolların gətirildiyini yazıb. Bunlar əsasən əvvəlki modelin 50 və 100 dollarlıq əskinaslarıdır. Bildirilib ki, saxta malların əsas hissəsi Suriya, İran və Balkan ölkələrindən Türkiyəyə gətirilib.
“Ekonomim” qəzetinin məlumatına görə, saxta valyuta ilə ilk əməliyyat Suriya ilə həmsərhəd Qaziantep şəhərində həyata keçirilib və saxta dollarlar turizm məkanı Antalya, İzmir, İstanbul və Ankarada da aşkarlanıb.
Oxşar xəbərlər
Türkiyədən saxta dollar gətirərək satmaqda təqsirləndirilən qadına hökm oxunub
Parisdə saxta Olimpiya medalları satan şəxs saxlanılıb
Fransa istehlak edilən saxta siqaretlərin sayına görə Aİ-də liderdir
İranda saxta spirtli içki hazırlamaqda təqsirləndirilən dörd nəfər edam olunub
Hacıqabulda saxta pul dövriyyəsi ilə bağlı iki nəfər həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Marneulidə aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubileyi qeyd olunub
-
İran XİN başçısı Qətərdə səfərdədir
-
Tbilisidə parlament qarşısında növbəti aksiya başlayıb
-
Aİ XİN rəhbərləri Gürcüstanın Avropaya inteqrasiyasının dayandırılmasını müzakirə edəcək
-
Şövkət Ələkbərovanın ifa etdiyi daha 4 mahnının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
-
Mersisayd derbisi ertələnə bilər