sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Saratov vilayətində insanlara atəş açılıb, ölən var
Rusiyanın Saratov vilayətinin Marks şəhərində yol münaqişəsi zamanı atəş açılıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
“Sokolovski və Kutuzov “Oka” avtomobili ilə Qələbə Parkı yaxınlığında Rubik Akopyanın qara cipini ötməyə çalışıblar. “Land Cruiser”in sürücüsü minik avtomobilini haqlayıb və dava ilə nəticələnən münaqişə yaranıb. Kişi tapançadan Kutuzov və Sokolovskiyə bir neçə dəfə atəş açıb, sonra “Land Cruiser”ini yaxınlıqda qoyaraq qaçıb”, – məlumatda deyilir.
KİV-in məlumatına görə, yaralılardan biri hadisə yerində ölüb, digəri xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, hücum edən Rubik Akopyan hadisə yerindən qaçıb.
Oxşar xəbərlər
Ukraynada naməlum şəxsin açdığı atəş nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb
Moskvada Toyota Land Cruiser-i partlatmaqda şübhəli bilinən şəxs Türkiyəyə qaçıb
Ermənistanda polisə atəş açılıb, ölən və yaralanan var
Türkiyədə inşaat işçisi kəndlilərə atəş açıb, ölən və yaralanan var
Moskvada yüksək rütbəli zabitin avtomobili partladılıb, zabitin ayağı qopub, bir qadın yaralanıb - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













