Ankarada azad edilən rusiyalı sənətçi: Türkiyəyə gətirilənə qədər öldürüləcəyimi düşünürdüm
MİT işçiləri bizimkilərdən xeyli fərqlənirdilər, çox cazibədar görünürdülər.
“Sizinxeber.az” xəbər verir ki, bunu avqustun 1-də Ankarada Türkiyənin vasitəçiliyi ilə ABŞ və Rusiya arasında baş tutan məhbus mübadiləsi zamanı olan azad olan rusiyalı sənətçi (şairə, rəssam, musiqiçi) Aleksandra Skoçilenko xarici KİV-ə müsahibəsində deyib.
O, məhbus mübadiləsi ilə bağlı bəzi detalları da açıqlayıb: “Türkiyəyə gətirilənə qədər öldürüləcəyimi düşünürdüm. Türkiyənin Milli Kəşfiyyat İdarəsinin işçiləri serial obrazları kimidirlər. Onlar bizə uzun müddət hara gedəcəyimizi demədilər. Hadisələr çox ani oldu. Təyyarə Ankaraya enəndə rahatlaşdıq”.
A.Skoçilenko söyləyib ki, təyyarədən düşəndən sonra onları avtobusa mindiriblər: “MİT işçilərinin hamısı qara kostyum geyinmişdi, ciddi və çox müasir görünürdülər, hər yeri ətir qoxusu bürümüşdü. MİT işçiləri bizimkilərdən çox fərqlənirdilər, çox cazibədar görünürdülər”.
Qeyd edək ki, A.Skoçilenko 2022-ci ildə Ukrayna ilə müharibəyə qarşı qarşı çıxıb. Bundan sonra yeddi il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Ankarada avqustun 1-də Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsi həyata keçirilib. Bu, “soyuq müharibə”dən sonra tərəflər arasında ən genişmiqyaslı məhbus mübadiləsi olub.
Hadisədən sonra ABŞ Prezidenti Cozef Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb, uğurlu vasitəçiliyə görə ona təşəkkür edib.
Oxşar xəbərlər
Ankarada Rusiya ilə ABŞ arasında baş tutan məhbus mübadiləsinin detalları açıqlanıb
KİV: Ankarada Rusiya ilə ABŞ arasında genişmiqyaslı məhbus mübadiləsi aparılıb
Türkiyədən ABŞ və Rusiya arasındakı məhbus mübadiləsinə rəsmi reaksiya: Sülhə töhfə verməyə davam edəcəyik
Bayden ABŞ və Rusiya arasında məhbus mübadiləsi ilə əlaqədar bəyanat yayıb
Rusiya ilə Qərb arasında məhbus mübadiləsi baş verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı












