Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
avq
2025
11:00

Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib

08 avq, 2025
11:00
553

Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib

Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri Ruben Vardazaryan 1,5 il həbs cəzasına məhkum edilib.

“Sizinxeber.az” Ermənistan KİV-inə istinadən xəbər verir ki, müvafiq qərarı bu gün Antikorrupsiya Məhkəməsi çıxarıb.

Məhkəmənin qərarı ilə onun 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında hər hansı vəzifə tutması da qadağan edilib. Hökm qüvvəyə minənə qədər sabiq sədr barəsində seçilmiş qətimkan tədbiri (ölkədən çıxmamaq barədə iltizam) dəyişməz qalıb.

Vardazaryan vəzifə səlahiyyətlərindən istifadə edərək ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilədə ittiham olunurdu. Belə ki, 2019-cu ildə Ali Məhkəmə Şurasının sədri olarkən o, Lori vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Andranik Simonyanın ədalət mühakiməsini həyata keçirməsinə müdaxilə edib.

Bizimlə əlaqə saxlayın