Ermənistanda 2 milyon dollar pulu mənimsəyən kiber dəstənin üzvü həbs edilib
Ermənistan İstintaq Komitəsi saxta investisiya platformalarına əsaslanan irimiqyaslı beynəlxalq dələduzluq sxeminin iştirakçısının həbs edildiyini bildirib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
İstintaqın məlumatına görə, həmin şəxs 2021-2023-cü illərdə azı 144 nəfərdən ibarət mütəşəkkil qrupun fəaliyyətində iştirak edib.
Cinayət sxemi yüksək gəlirli investisiyalar təklif edən saxta saytların yaradılmasından ibarət olub. Dələduzlar insanları aldadaraq onların köçürdükləri vəsaitləri mənimsəyiblər.
Müxtəlif ölkələrdən zərərçəkənlərin ümumi sayı 1 400 nəfəri keçib, ziyanın məbləği isə 810 milyon dramdan (təxminən 2,16 milyon dollar) çox olub.
Onun barəsində cinayət işi açılıb. İş materialları ittiham aktı ilə birlikdə artıq prokurora təqdim edilib.
Oxşar xəbərlər
Ermənistanda tikinti şirkəti büdcəyə 20 milyon dollar ziyan vurub
Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
Ermənistanın hərbi sənaye komitəsinin keçmiş sədri külli miqdarda mənimsəmədə ittiham olunur
Ermənistan banklarından 311 min dollardan çox pul oğurlanıb
Azərbaycanın dövlət və ictimai xadimlərinin adından saxta müraciətlər hazırlamaqda təqsirləndirilən şəxslərin məhkəmələri başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
