Təbrizdə 75 günlük su ehtiyatı qalıb
Təbrizdə su istehlakı qırmızı həddə çatıb, şəhərdə 75 günlük su ehtiyatı qalıb.
“Sizinxeber.az” "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu Şərqi Azərbaycan əyalətinin Regional Su şirkətinin başçısı Yusif Qafarzadə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bölgədə içməli suyun orta istehlakı saniyədə 12 min litrə çatır, pik saatlarda bu göstərici 13 min litri ötür. Başçı bildirib ki, illik içməli su istehlakı artıq 380 milyon kubmetr təşkil edir, bu da ciddi idarəetmə tələb edən böyük bir rəqəmdir: “Kənd ərazilərində də 90 milyon kubmetr su istehlak olunur”.
O, əyalətin beş şəhərinin hazırda qırmızı statusda (böhranlı vəziyyətdə) olduğunu, doqquz şəhərin isə böhran həddinə yaxınlaşığını deyib: “Təbriz də bu böhranlı şəhərlər sırasında yer alır”.
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz istehlakı 2 %-ə yaxın artıb
Dünya Bankı: "Azərbaycandakı əkin sahələrinin təxminən 34 %-i suvarılmır"
Azərbaycanda pomidor istehlakı 3 % artıb
Meliorasiya rəsmisi: "Heydər Əliyev Su Anbarına suyun daxil olması demək olar ki, dayanıb"
Bakının içməli su təminatında duzsuzlaşdırılmış dəniz suyundan istifadə olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













