Yekaterinburq məhkəməsi səkkiz Azərbaycan əsilli vətəndaş barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
iy
2025
18:30

Yekaterinburq məhkəməsi səkkiz Azərbaycan əsilli vətəndaş barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb - YENİLƏNİB

16 iy, 2025
18:30
523

Yekaterinburq məhkəməsi səkkiz Azərbaycan əsilli vətəndaş barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb - YENİLƏNİB

Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi ötən illərdə törədilmiş qətldə ittiham olunan daha iki Azərbaycan vətəndaşının istintaq təcridxanasında saxlanma müddətini uzadıb.

“Report”un Rusiya bürosunun məlumatına əsasən, Abasov Əziz Azay oğlu və Lalayev Şahin Məmmədəli oğlu barəsində həbs qətimkan tədbiri 2025-ci il oktyabrın 19-dək uzadılıb.

11:35

Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi ötən illərdə törədilmiş qətldə ittiham olunan azərbaycanəsilli şəxslərin - Səfərov qardaşları (5 nəfər) və Əhliman Gənciyevin istintaq təcridxanasında həbs müddətini uzadıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məhkəmələrin birləşmiş mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Materialları nəzərdən keçirən məhkəmə müstəntiqin vəsatətlərini təmin edib və təqsirləndirilən şəxslərin həbs müddətini 19 oktyabr 2025-ci il tarixinədək uzadıb", - məlumatda bildirilib.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.

Azərbaycan XİN dəfələrlə bəyanatlarla çıxış edərək Rusiya tərəfindən şəffaf araşdırmanın aparılmasını və bu yolverilməz zorakılıq aktının günahkarlarının məsuliyyətə cəlb edilməsini tələb edib. Bu hadisə ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkili, eləcə də Bakıdakı səfiri Azərbaycan XİN-ə çağırılıb, baş verənlərlə bağlı onlara kəskin etiraz bildirilib.

Bundan əlavə, Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 7 maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə, vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda və s.) ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub, cinayət işi üzrə istintaqa qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilir.

Bizimlə əlaqə saxlayın