İranda Sepahın briqada generalı ölüb
İran İslam İnqilabı Keşikçiləri Qvardiyası (Sepah) “Bəsici” qüvvələrinin keçmiş komandanı general Qolamhüseyn Qaibpərvar gözlənilmədən ölüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İranın rəsmi KİV-i məlumat yayıb.
Bildirilib ki, Sepah generalın ölüm faktını təsdiqləyib.
Məlumata görə, o, İran-İraq müharibəsi zamanı kimyəvi silahdan zəhərlənibmiş. Onun ölümünə səbəb də bu hadisə göstərilir.
İnformasiyaya əsasən, o, incəsənət, mədəniyyət, ictimai fəaliyyətlə məşğul olan görkəmli şəxsiyyətlərə, konsertlərin keçirilməsinə və hökumət tənqidçilərinin çıxışlarına qarşı dəfələrlə təzyiq edib. Qaibpərvar İrandakı etirazçıları "terrorçu" adlandırıb və onların yatırılmasını müdafiə edib. O, “Sepah”ın vətəndaş cəmiyyətinə və etirazçıların tələblərinə qarşı qəddar münasibətin simvollarından sayılırdı.
Qulamhüseyn Qaibpərvarın əsl adı Şəhram Qaybparvardır, 1962-ci ildə Şirazda anadan olub. İslam İnqilabı Keşikçiləri Qvardiyasının briqada generalı olub. “İmam Əli” qərargahında Qvardiyanın baş komandanının müavini vəzifəsində xidmət edib.
Oxşar xəbərlər
SEPAH briqada generalı Xosrov Həsəninin öldürüldüyünü açıqlayıb
İsrailin İrana endirdiyi zərbələr nəticəsində SEPAH-ın briqada generalı öldürülüb
Sepahın briqada generalı Suriyada silahlı hücumda ölüb
Xamenei öldürülən yüksəkrütbəli generalların yerinə təyinat aparıb
“Sepah” komandanı İranın Suriyadakı hərbi korpus rəisinin ölümünü təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
Zaur Həşimov "Şəfa"nın yeni baş məşqçisi olub
