Özbəkistanda bank kartlarından 79 milyon dollara yaxın vəsait oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Özbəkistanda 177 bank kartından təxminən 1 milyard sum (78,7 milyon dollardan çox) məbləğində oğurluqda şübhəli bilinən bir qrup şəxs saxlanılıb.
"Sizinxeber.az" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Daxili İşlər Nazirliyinin Kibertəhlükəsizlik Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, onlar virus proqramları vasitəsilə istifadəçilərin telefonlarındakı SMS-mesajlara, kontaktlara, zəng tarixçəsinə və digər məlumatlara giriş əldə ediblər. Daha sonra onlar vəsaitlərin oğurlandığı bank kartlarına özləri üçün giriş açıblar.
Bildirilib ki, qrupun üzvləri müxtəlif ölkələrin vətəndaşlarıdır. Onlar teleqramda qapalı qrup vasitəsilə əlaqə saxlayıblar.
Oxşar xəbərlər
Gəncədə bank kartlarından 16 min manatdan çox pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Ağsuda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bank kartından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sumqayıtda naməlum şəxs vətəndaşların bank kartlarından 2 min 750 manat oğurlayıb
Bakıda bank kartlarından 25 min manat oğurlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













