Dağıstanda 270-dən çox adam sudan zəhərlənib
sizinxeber.az xəbər saytı

Dağıstanda 270-dən çox adam sudan zəhərlənib


Rusiya Federasiyasının Dağıstan Respublikasında su zəhərlənməsindən sonra 274 nəfər həkimə müraciət edib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Məhərrəmkənd rayonunun tibb işçiləri Dağıstan Respublikası Səhiyyə Nazirliyinin infeksionistləri və epidemioloqlarının dəstəyi ilə bağırsaq infeksiyası olan xəstələri fasiləsiz rejimdə aşkar etməyə çalışır. Son iki gün ərzində burada qastroenterit əlamətləri ilə 274 nəfər qeydə alınıb, onlardan 270-i uşaqdır", - məlumatda deyilir.

Nazirlik bildirib ki, Dağıstan Respublikası üzrə səhiyyə naziri Yaroslav Qlazov xəstəxanaya baş çəkib.

Bundan əvvəl bildirilib ki, Dağıstandakı hadisə ilə əlaqədar Məhərrəmkənd rayonunun bələdiyyə sədri saxlanılıb.

Cinayət işi çərçivəsində ekspertiza təyin edilib.

Oxşar xəbərlər

Rusiyada 212 nəfər bağırsaq infeksiyası diaqnozu ilə həkimə müraciət edib
Rusiyada kəskin bağırsaq infeksiyası yayılıb
Dağıstanın dövlət katibi saxlanılıb - YENİLƏNİB-2
Mahaçqalada üç polis əməkdaşını öldürən şəxslər zərərsizləşdirilib - YENİLƏNİB-2
Dağıstanda böyük terror aktı törətmək istəyən 12 nəfər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər