İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri Roman Starovoyt özünü güllələyib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya KİV-i mənbələrə istinadən məlumat yayıb.
"Roman Starovoytun cəsədi Odintsovo şəhər dairəsindəki evində tapılıb", - mənbə bildirib.
Məlumata görə, R.Starovoyta qarşı Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov ifadə verib. A.Smirnov aprel ayında Ukrayna ilə sərhəddə müdafiə qurğularının tikintisi üçün ayrılmış azı 1 milyard rublu mənimsəmə işi ilə bağlı həbs edilib.
Qeyd edək ki, R.Starovoyt 2024-cü ilin may ayından bu vəzifəni tuturdu. Bundan əvvəl o, Kursk vilayətinin qubernatoru vəzifəsində çalışıb.
Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putin onun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Oxşar xəbərlər
Kursk vilayətinin qubernatoru: Regionun bərpası üçün 7 milyard dollar lazımdır
Kursk qubernatoru Ukrayna PUA-sının AES-ə hücum cəhdini təsdiqləyib
Qubernator: Kursk vilayətinin 28 yaşayış məntəqəsi Ukrayna ordusunun nəzarətindədir
Rusiyanın Kursk vilayətinin 130 mindən çox sakini yaşadıqları yeri tərk edib
Rusiyanın bu gün işdən çıxarılan nəqliyyat naziri intihar edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













