Erməni deputat: Makron ölkəmizdə avtoritar sistemi təşviq edir
Fransa prezidenti Emmanuel Makron Ermənistan hakimiyyətinə ünvanladığı tərifli bəyanatları ilə avtoritar sistemin qurulmasını həvəsləndirir.
“Report” xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı İşxan Saqatelyan sosial şəbəkə hesabında yazıb.
O, Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı barədə məlumat verdiyi və “Ermənistanda demokratiyanın sabitliyini pozmaq cəhdlərinə cavab olaraq” ona dəstək ifadə etdiyi paylaşımını belə şərh edib.
İ.Saqatelyan xatırladıb ki, Avropa liderlərinin, o cümlədən Makronun bu cür təşviqi artıq keçmişdə erməni xalqı üçün ağır nəticələrə gətirib çıxarıb.
Deputatın sözlərinə görə, bu cür bəyanatlar təkcə ölkəsinin daxili işlərinə qarışmaq deyil, həm də Ermənistan-Fransa münasibətlərinə xələl gətirir.
Oxşar xəbərlər
Paşinyan və Makron Tiranada görüşüblər
Nikol Paşinyan və Emmanuel Makron arasında telefon danışığı baş tutub
Fransada Makronun istefası üçün petisiyaya 300 mindən çox insan imza atıb
Paşinyan "Makronun Cənubi Qafqazda sülhün bərqərar olunması ilə bağlı səylərini" alqışlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













