İrandan Azərbaycan vasitəsilə 60-dan artıq əcnəbi təxliyə edilib
sizinxeber.az xəbər saytı

İrandan Azərbaycan vasitəsilə 60-dan artıq əcnəbi təxliyə edilib


İrandan Azərbaycan vasitəsilə 60-dan artıq əcnəbi təxliyə edilib.

"Report"un Cənub bürosunun məlumatına görə, bu gün "Astara" Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən 60-dan artıq əcnəbi İrandan Azərbaycana daxil olub.

Axşama doğru humanitar dəhlizdən keçərək ölkələrinə yola salınanlar arasında Avstraliya, Niderland, Almaniya, İsveçrə, Britaniya, İtaliya vətəndaşları olub.

Qeyd edək ki, Azərbaycana keçərkən onlara rahat hərəkət üçün şərait yaradılır, zəruri tibbi yardıma ehtiyacı olanlara xidmət göstərilir və çay süfrəsinə dəvət olunurlar. Rəsmi gömrük prosedurlarından sonra avtobuslarla ölkələrinə yola salınırlar.

Oxşar xəbərlər

Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
İndoneziya XİN başçısı: İrandan Azərbaycana 90-dan çox vətəndaşımız təxliyə edilib
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle