Ərdoğan: Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı aidiyyəti üzrə görüşləri davam etdirir.
Sizinxeber.az"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Haaqadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Türkiyə Prezidenti vurğulayıb ki, "F-35" proqramı texniki olduğu qədər siyasi bir prosesdir:
"Biz "F-35"lərdən vaz keçməmişik. Layihəyə qayıdış ilə əlaqədar müzakirələr aparırıq.Türkiyə haqsız yerə proqramdan kənarlaşdırılıb. Müttəfiqlik ruhu ilə uyğun gəlməyən bu addımı həmişə tənqid etmişik. Donald Trampla görüşlərimizdə məsələni müzakirə etdik və texniki səviyyədə danışıqlara başlandı. İnşallah, irəliləyiş əldə edəcəyik".
Oxşar xəbərlər
Ərdoğan: İlk fürsətdə Donald Trampla üzbəüz görüşəcəyik
Ərdoğan: Tramp Putinin Ukrayna ilə bağlı sülh razılaşmaları üçün gələcəyi təqdirdə Türkiyəyə gəlməyə hazırdır
Türkiyə Prezidenti: Trampın ölkəmizə səfər dəvətini qəbul edəcəyinə ümid edirik
Ərdoğan: S-400 məsələsi artıq bağlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













