Ərdoğan: Tramp Putinin Ukrayna ilə bağlı sülh razılaşmaları üçün gələcəyi təqdirdə Türkiyəyə gəlməyə hazırdır
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı sülh razılaşmaları üçün gələcəyi təqdirdə Türkiyəyə gəlməyə hazır olduğunu bildirib.
"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Haaqadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
"Bizim əsas məqsədimiz ölkəmizdə liderlər səviyyəsində görüş keçirmək və çoxdan gözlənilən sülhə nail olmaqdır. Mən Haaqadakı görüşümüz zamanı bu barədə ABŞ Prezidenti Trampı da məlumatlandırdım. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin nizamlanma üçün İstanbula və ya Ankaraya gəlsə, o da İstanbula və ya Ankaraya gələcək. Biz lazımi təmasları edəcəyik və inşallah, tezliklə görüşəcəyik".
Oxşar xəbərlər
ABŞ-nin xüsusi elçisi: Putin danışıqlarda iştirak edərsə, Tramp da İstanbula gedəcək
Türkiyə Prezidenti: Trampın ölkəmizə səfər dəvətini qəbul edəcəyinə ümid edirik
Reuters: Tramp Putinə görə İstanbula getməyəcək
Ərdoğan Putinə Ankaranın Rusiya-Ukrayna ilə bağlı danışıqları qəbul etməyə hazır olduğunu bildirib
KİV: Trampın hansı halda İstanbula gedə biləcəyi bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













