Hərbi-Gürcüstan yolu selə görə bağlanıb
Gürcüstanda baş verən sel səbəbindən Hərbi-Gürcüstan yolunda bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Gürcüstan ərazisində baş vermiş sellə əlaqədar olaraq avtomobillərin təhlükəsiz keçidinin təmin edilməsinin mümkünsüzdür, Vladiqafqazla Lars arasındakı ərazidə bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır”, - məlumatda deyilir.
Məhdudiyyətlər növbəti xəbərdarlığa qədər tətbiq ediləcək.
Qeyd edək ki, Hərbi-Gürcüstan yolu yüksək dağlıq ərazilərdən keçir və bu, hazırda Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.
Oxşar xəbərlər
Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi-Gürcüstan yolu açılıb
Ermənistanla Gürcüstan arasındakı “Sadaxlı” sərhəd-buraxılış məntəqəsi işini dayandırıb
Gürcüstandan Rusiyaya gedən quru yolu yük maşınları üçün bağlanıb
Bu yollar buz bağlayıb - Siyahı
Ermənistan-Gürcüstan avtomobil yolu hər iki istiqamətdə bağlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













